Gürcüstan Çin istehsalı olan avtomobillər üçün bazar açmağı planlaşdırır.
Bu barədə Çinin Gürcüstandakı səfiri Çjou Jian bildirib.
Onun sözlərinə görə, bir çox Çin şirkətləri Gürcüstana sərmayə qoymaqda maraqlıdırlar: “Bu bazar Kutaisidə yerləşə bilər, amma bu il açılmalıdır”.
“Çin şirkətlərinin çoxlu investisiya layihələri var və Gürcüstana investisiya qoymaq təhlükəsiz və sərfəlidir”, – deyə səfir bildirib.