18 C
Baku
Sunday, September 8, 2024

Gürcüstan Çindən minik avtomobillərinin idxalını iki dəfədən çox artırıb

Gürcüstan cari ilin yanvar-may aylarında Çindən minik avtomobillərinin idxalını iki dəfədən çox artırıb.

Bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, cari ilin yanvar-may ayları ərzində Gürcüstan Çindən ümumi qiyməti 18.6 milyon dollar olan 1.1 min ədəd minik avtomobili idxal edib, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 116 faiz çoxdur.

Bundan başqa, hesabat dövründə Gürcüstan Çindən 19.9 milyon dollar dəyərində 492 yük avtomobili idxal edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 139 faiz çoxdur.

Gürcüstan, eyni zamanda, Çindən 6,6 milyon dollar dəyərində 83 ədəd xüsusi təyinatlı texnika alıb və bu da keçən ilin eyni dövrü ilə müqayisədə 186 faiz çoxdur.

Bununla yanaşı, Çin Gürcüstanda avtomobil bazarı açmaq niyyətindədir.

Bazarda yalnız Çin istehsalı olan avtomobillərin satışının həyata keçirilməsi nəzərdə tutulub.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər