Gürcüstan koronavirusdan müalicə üçün bu həftə “Pfizer” şirkətinin “Pakslovid” dərman preparatını əldə edəcək.
Bunu ölkənin səhiyyə naziri Zurab Azaraşvili bildirib.
Onun sözlərinə görə, dərmanı virusa yoluxmadan sonra ilk beş gün ərzində qəbul etmək lazım olacaq: “Preparat yoluxmanı potensial olaraq ağır keçirəcək və müşayiət edən xəstəlikləri olan hər kəsə ödənişsiz paylanılacaq”.