31 C
Baku
Monday, June 17, 2024

Gürcüstan dövriyyəyə yeni əskinazlar buraxır

Gürcüstan Milli Bankı bu ilin fevralında dövriyyəyə yeni 20, 50 və 100 lari əsginasları buraxacaq.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda Milli Bankın prezidenti Georgi Kadaqidze bildirib.

Onun sözlərinə görə, yeni əsginaslar dövriyyəyə mərhələ-mərhələ buraxılacaq. Yeni pulların üzərində Gürcüstan maliyyə nazirinin imzası olmayacaq. Milli Bankdan bildirilib ki, yeni əsginaslar lazımi dərəcədə müdafiə olunur, hətta görmə qüsuru olanlar üçün də ayrıca elementlər həkk edilib.

Yeni əsginasların dizayneri Baçana Malazoniyadır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər