“Qardabani-2” istilik elektrik stansiyası Gürcüstanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı idxal olunan elektrik enerjisinin də həcmini əhəmiyyətli dərəcədə azaldacaq”.
Bu barədə Gürcüstanın Neft və Qaz Korporasiyasının baş direktoru Givi Baxtadze İES-in rəsmi açılış mərasimində bildirib.
O deyib ki, stansiya ildə 1,3 milyard kilovatt/saat elektrik enerjisi istehsal edəcək ki, bu da Gürcüstanın illik istehlakının 11%-nə bərabərdir.
G.Baxtadze İES-də 200-ə yaxın şəxsin daimi işlə təmin olunacağını qeyd edib.
©Report