7 C
Baku
Sunday, January 19, 2025

Gürcüstan elektrik enerjisinin idxalını azaldıb, ixracını çoxaldacaq

Gürcüstan 2020-ci ildə elektrik enerjisinin idxalını azaldacaq, ixracını isə artıracaq.

Bu barədə qonşu ölkənin elektrik enerjisinin gələn il üçün idxal-ixrac proqnozunda bildirilib.

Proqnoza əsasən, 2020-ci ildə Gürcüstanın idxal edəcəyi elektrik enerjisinin həcmi 1253,9 milyon kilovatt/saat təşkil edəcək. Bu il üçün bu göstərici 1545,0 milyon kilovatt/saata bərabər olub.

Qonşu ölkənin gələn il 577,8 milyon kilovatt/saat həcmində elektrik enerjisi ixrac edəcəyi proqnozlaşdırılır. 2019-cu il üçün bu həcm 259,3 milyon kilovatt/saat olub.

2020-ci ildə ölkədə əldə olunacaq elektrik enerjisinin həcminin 11% artacağı gözlənilir ki, bu da SES-lərdə istehsalın artımı hesabına mümkün olacaq.

Gürcüstanda gələn il elektrik enerjisi istehlakının 5%-ə yaxın artacağı gözlənilir.

©Report

Son xəbərlər
Digər xəbərlər