“Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək niyyətindədir”.
Bunu BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Bizim artıq mina xəritələrinin Azərbaycana verilməsi qarşılığında saxlanılmış 15 erməninin ölkəsinə qaytarılması kimi nəticələrimiz var”, – deyə o qeyd edib.
Qaribaşvilinin sözlərinə görə, iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında “məhsuldar müzakirələr” aparılıb.
“Regionumuzda bu qədər vacib olan sülh və sabitliyin bərqərar olması üçün biz dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq”, – Baş nazir əlavə edib.