Gürcüstan Fransa şirkəti “Airbus Helicopters”dən 3 helikopter alır.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, artıq tərəflər arasında müvafiq razılaşma imzalanıb və tezliklə H145 model çoxfunksiyalı helikopterlər Gürcüstan Hava Qüvvələrinə qəbul ediləcək.
Helikopterlərin polis, nəqliyyat, axtarış və xilasetmə funksiyalarında istifadə ediləcəyi qeyd olunub.
2 mühərrikli helikopterlərin yanğınsöndürmə və dağ xilasetmə avadanlıqları ilə təchiz ediləcəyi qeyd olunub. Layihənin ümumi dəyərinin 21 milyon avro olduğu bildirilir.