Gürcüstan gələn il Azərbaycana yeni səfir göndərəcək.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
“Gürcüstan hökumətinin sərəncamına əsasən, rotasiya qaydasında müəyyən edilmiş müddətin başa çatması ilə əlaqədar səfir 2025-ci il yanvarın 1-də Azərbaycandakı diplomatik fəaliyyətini başa vuracaq”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, hazırkı səfir Zurab Pataradze 2018-ci ilin avqust ayından Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edir.