8 C
Baku
Tuesday, March 19, 2024

Gürcüstan haqqında ən maraqlı faktlar

Gürcüstan – qonaqpərvər bir ölkədir. Hər il bir çox bura səfər edərək inanılmaz iqlim, dostcanlı yerli əhali və dadlı mətbəxdən heyran qalırlar. Aşağıda hər iki mənada bizə yaxın ölkə haqqında bir neçə maraqlı faktı təqdim edirik.

  • Gürcülər öz ölkələrini “Sakartvelo” adlandırır. Çünki əvvəllər Gürcüstanın ərazisində kartvellər xalqı yaşayırdı. “Gürcüstan” sözü XVII əsrdə ərəb sözündən əmələ gəlmişdir.
  • Gürcü dil çox qəribədir: bu dildə vurğu (müəyyən yerlərdə yalnızca tonun yüksəldilməsi) baş hərflər, kişi və qadın cinsi yoxdur.
  • İspaniya və gürcüstan arasında düşündüyünüzdən daha çox oxşarlıq var. Qədim zamanlarda Gürcüstan da, İspaniya da İberiya adlandırılırdı. Gürcü dili İspaniyanın bəzi nümayəndələrinin danışdığı bask dilinə çox oşxardır.
  • Gürcüstan bir kişi görüşərkən digər kişinin yanağından öpə bilər. Bu onlarda görüşərkən salamlaşma vərdişidir.
  • Bir gürcü qonaq gəldikdə heç vaxt küçə ayaqqabısını çıxarmayacaq. Bundan əlavə, o ev başmağı tələb etsə ev sahibinin xətrinə dəymiş olacaq. Ənənələr bu ölkədə hələ də özünü qoruyub saxlamaqdadır.
  • Gürcülər – sözün yaxşı mənasında acgözdülər. Onlar xəngəl və əti əlləri ilə yeyirlər. Çünki yalnızca bu cür yeməyin əsl dadını hiss etməyin mümkün olduğunu düşünürlər.
  • Gürcüstan toylarında gəlinə qızıl hədiyyə etmək adətdir. Hədiyyə edilən qızılın həcmi isə qohumluq dərəcəsindən asılıdır.
  • Gürcüstanda bir şəxs qonaqlıqda həddindən artıq içdikdə polisə zəng edərək yol qəzası törətmək istəmədiyini deyərək patrul çağıra bilər. Polis əməkdaşları isə gələrək sizi və avtomobilinizi istədiyiniz ünvana çatdıracaq.
Son xəbərlər
Digər xəbərlər