6 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan Hava Yolları xarici aviaşirkətlərə üstünlük verilməsini onlara qarşı ‘ədalətsiz rəftar’ adlandırır

Gürcüstan Hava Yolları (Georgian Airways) aviaşirkəti hökumətin onlara qarşı ədalətsiz rəftar etdiyini, ölkədəki aviakompaniyanın maraqlarına məhəl qoymadan, Gürcüstan bazarında xarici aviaşirkətlərə üstünlük verdiyini deyir.

Banker.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Yollarının Göndərmə Xidməti bəyanat yayıb.

Bəyanatda həmçinin, Georgian Airways aviaşirkətinin etiraz etmək üçün qanunla icazə verilən bütün vasitələrdən istifadə edəcəklərini və seçkilərdə öz müstəqil mövqelərini göstərəcəklərini bildiriblər.

“İllərdir gürcü xalqına və Gürcüstan hökumətinə vicdanla xidmət edirik, amma bizim seçdiyimiz hökumət “Gürcüstan Hava Yolları”na və onun əməkdaşlarına qarşı ədalətsiz rəftar edir, bizim maraqlarımıza məhəl qoymadan, Gürcüstan bazarında xarici aviaşirkətlərə üstünlük verilir. Bunu bizə və bizim ailələrimizə qarşı deyil, bütün gürcü xalqına qarşı işlədilmiş cinayət kimi qiymətləndiririk. Biz Konstitusiya hüquqlarımızın pozulmasına dözməyəcəyik və Etiraz etmək üçün qanunla icazə verilən bütün vasitələrdən istifadə edəcəyik, sonunda isə öz müstəqilliyimizi seçkilər vasitəsi ilə göstərəcəyik”, – deyə bəyanatda bildirilib.

Son xəbərlər
Digər xəbərlər