16 C
Baku
Friday, April 19, 2024

Gürcüstan hökuməti “Borjomi”nin səhmdarı ola bilər

“IDS Borjomi” şirkəti səhmlərinin bir hissəsini təmənnasız olaraq Gürcüstan hökumətinə təklif edib.

Bu barədə şirkətdən bildirilib.

Qeyd olunub ki, “IDS Borjomi International” şirkəti Gürcüstan hökumət ilə danışıqlar zamanı səhmlərin bir hissəsini qarşı tərəfə təqdim olunması ilə bağlı rəsmi təklif irəli sürüb. Bu addım Gürcüstan hökumətinə beynəlxalq şirkətin idarəçiliyində iştiraka imkan verəcək.

Bildirilib ki, regionda son zamanlar baş verən neqaqtiv hadisələr “IDS Borjomi International” şirkəti üçün çətinliklər yaradıb və bunun nəticəsində Borjomi şəhərindəki iki qablaşdırma zavodunda istehsal dayandırılıb: “Nəticədə mindən çox insan işini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Gürcüstan hökuməti təklifi qəbul edəndən sonra “IDS Borjomi” şirkəti zavodlarda istehsal prosesini və iqtisadi fəaliyyətini bərpa edə biləcək”.

“IDS Borjomi” şirkətinin iki qablaşdırma zavodunda istehsal prosesi aprelin 30-dan müvəqqəti dayandırılıb. Şirkət səhmlərinin Rusiyaya məxsusluğu səbəbindən sanksiyalara məruz qalıb və ciddi maliyyə problemləri ilə üzləşib. Şirkət bu ayın əvvəlində 49 əməkdaşını ixtisar edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər