19 C
Baku
Sunday, October 13, 2024

Gürcüstan hökuməti gələn il üçün iqtisadi artım proqnozunu azaldıb

“Gürcüstanın 2021-ci il üçün dövlət büdcəsində ölkədə iqtisadi artım proqnozu 4,3% müəyyən edilib”.

Bu barədə ölkənin maliyyə naziri İvane Maçavariani bildirib.

Nazirin sözlərinə görə, əvvəlcə gələn il üçün 5%-lik iqtisadi artım proqnozlaşdırılsa da, koronavirus (COVID) pandemiyasının güclənməsi proqnoza yenidən baxmaq zərurəti yaradıb.

O, büdcənin yenilənmiş versiyasının noyabrın 30-na qədər parlamentə təqdim olunacağını da qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər