5 C
Baku
Friday, March 29, 2024

Gürcüstan hökuməti karantinlə bağlı “konkret” qərar verə bilmir

“Bu gün məhdudiyyətlərlə bağlı konkret qərarlar qəbul etmədik”.

Banker.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Maia Çkitişvili Koordinasiya Şurasının iclasından sonra açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, ölkə üzrə karantinlə bağlı yayılan məlumatlar yalandır:

“Təəssüf ki, həm media, həm də əhali arasında yalan məlumatlar yayırlar ki, bu gün ölkə üzrə kilidləmələr qərarı veriləcək. Demək istəyirəm ki, bu mərhələdə bu cür qərar verilməyib.

Məhdudiyyətlərlə bağlı qərar, geniş məsləhətləşmələr yolu ilə verilməlidir. Bu müzakirələri biz fəal şəkildə davam etdiririk”, – deyə Çkitişvili bildirib.

Son xəbərlər
Digər xəbərlər