-1 C
Baku
Sunday, December 15, 2024

Gürcüstan hökuməti Prezidentin üç ölkəyə səfərinə icazə verməyib

Gürcüstan hökuməti Prezident Salome Zurabişvilinin Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməyib.

Bu barədə Brüsseldə işgüzar səfərdə olan dövlət başçısı özü bildirib.

Prezident deyib ki, üç ölkəyə səfərlər çərçivəsində Gürcüstana Avropa İtifaqına üzvlüyə namizəd statusunun verilməsi barədə danışıqlar aparmağı planlaşdırırdı: “Mənə bildirdilər ki, hökumət statusun alınması prosesinin dəstəklənməsi üçün hər şey edib”.

S.Zurabişvili Gürcüstanın Avropadan başqa gələcəyinin olmadığını qeyd edib: “Mən Gürcüstana qayıdıram və bu gələcəyi orada müdafiə edəcəyəm”.

 

 

Son xəbərlər
Digər xəbərlər