Gürcüstan parlamenti hökumətə fövqəladə vəziyyət elan etmədən bir sıra məhdudiyyətlər tətbiq etməyə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Parlamentin bugünkü xüsusi iclasında “İctimai sağlamlıq haqqında” qanununa dəyişikliklər səsə qoyulub. Səsvermə zamanı deputatlardan 79-u lehinə, 1-i isə əleyhinə səs verib.
Dəyişikliyə əsasən 1 yanvar 2021-ci il tarixədək Gürcüstan hökuməti fövqəladə vəziyyət elan etmədən ölkədə karantin tədbirlərinin tətbiqi barədə qərar qəbul edə biləcək.
Qeyd edək ki, səsverməni müxalif “Vahid Milli Hərəkat” partiyası boykot edib.