12 C
Baku
Tuesday, May 7, 2024

Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edildi

Gürcüstan hökumətinin yeni tərkibi və “Avropa dövlətinin qurulması naminə” adlı proqramı baxılmaq üçün parlamentin Bürosuna təqdim edilib. Eyni zamanda, büro yaz sessiyasının fevralın 6-da keçiriləcək ilk iclasında sessiyanın gündəliyini, eləcə də, ölkə prezidentinin son hesabatının dinlənilməsi məsələsini təsdiqləyib.

Hökumətin yeni tərkibinə və hökumət proqramına etimadın ifadə olunması prosesi əvvəlcə parlamentin komitə, fraksiya və siyasi qrupların iclaslarında, daha sonra isə plenar iclasda baş tutacaq.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib, bundan sonra onun səlahiyyətləri dayandırılıb, nazirlər isə öz vəzifələrini icra edirlər.

Hakim Gürcü arzusu-Demokratik Gürcüstan partiyasının qurultayında partiyanın sədri İrakli Kobaxidzenin yeni baş nazir postuna namizədliyi irəli sürülüb.

Parlament yeni baş naziri, onun kabinetini və proqramını təsdiq etdikdən sonra iki gün müddətində Prezident Salome Zurabişvili İrakli Kobaxidzeni Baş nazir vəzifəsinə təsdiq etməlidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər