17 C
Baku
Saturday, May 4, 2024

Gürcüstan ilə Çin viza rejimini ləğv etdi

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.

Bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında” saziş imzalayıblar.

Müqavilə qüvvəyə mindikdən sonra Gürcüstan vətəndaşları Çində 30 gün vizasız qala biləcəklər. Saziş hər iki ölkədə daxili hüquqi prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək.

Gürcüstan vətəndaşları üçün vizasız rejimin tətbiqi ilə əlaqədar Çinin “China Southern Airlines” aviaşirkəti yay mövsümündə Gürcüstana uçuşların tezliyini artırmağı planlaşdırır.

Bundan əlavə, vizasız rejim qüvvəyə mindikdən sonra Tbilisi ilə Çinin ən böyük şəhərləri arasında birbaşa aviareyslərin açılması məsələsi ilə bağlı müzakirələrə başlanacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər