26 C
Baku
Saturday, July 27, 2024

Gürcüstan ilk turistləri İsraildən qəbul edəcək

“Gürcüstanın “yaşıl dəhliz” təşkil ediləcəyi ilk ölkənin İsrail olacağı nəzərdə tutulub”.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria məlumat verib.

O deyib ki, təhlükəsiz dəhliz ölkələr arasında qarşılıqlı turist səfərlərinin həyata keçirilməsinə imkan verəcək.

Hökumət başçısı qeyd edib ki, bu istiqamətdə Çexiya, Polşa, Baltikyanı ölkələr, Avstriya və qonşu ölkələrlə də fəal danışıqlar aparılır: “Danışıqlar yaxın gələcəkdə məqbul nəticə ilə başa çatdırılacaq”.

Qeyd edək ki, Gürcüstan xarici turistləri iyulun 1-dən etibarən qəbul etməyə başlayacaq.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər