Gürcüstan hökuməti ölkəyə investisiyaların cəlb olunması ilə bağlı 2020-2021-ci illər üçün yeni strategiya hazırlayıb.
Strategiyanı bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava təqdim edib.
Onun sözlərinə görə, strategiyanın həyata keçirilməsi nəticəsində digər bir sıra üstünlüklərlə yanaşı, perspektivli sektorlarda 3500 yeni iş yeri yaradılacaq.
Nazir qeyd edib ki, qlobal və daxili problemlərə baxmayaraq, Gürcüstan regional sərmayə mərkəzinə çevrilməkdədir.
Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan sənəddə 40-a yaxın prioritet sektorun təhlili aparılıb. Bu sahələrə geyim və ayaqqabı, aviasiya və avtomobil hissələri istehsalı, mehmanxana və daşınmaz əmlak, elektrik enerjisi, elektrik avadanlıqları istehsalı və digərləri daxildir.
©Report