14 C
Baku
Friday, November 22, 2024

Gürcüstan iqtisadiyyatı il ərzində 9.5% artıb

Fevralda Gürcüstanın real ÜDM-i 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9.5% artıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Gürcüstanın özəl sektorunun dövriyyəsi 11.4 milyard lari təşkil edib ki, bu da 2023-cü ilin fevral ayı ilə müqayisədə 11.8% çoxdur. Son bir ayda ölkədə 6.1 min yeni şirkət qeydiyyata alınıb ki, bu da bir il əvvəlkindən 5.8% azdır.

Ən çox artım emal sənayesi, tikinti, peşə və elmi-texniki sahələrdə, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb. Bununla belə, energetika və mədən sənayesində tənəzzül var.

Yanvar-fevral aylarında ÜDM-in orta artım tempi 7.7% təşkil edib.

Gürcüstan hökuməti 2024-cü ildə ÜDM artımını 5.2%, Milli Bank isə 5% səviyyəsində proqnozlaşdırır. Beynəlxalq Valyuta Fondu artımın 5.7%, Moody’s reytinq agentliyi isə 5.5% olacağını proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər