7 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiya 64 faiz azalıb

Cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 201,4 milyon dollar xarici sərmayə yatırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,4 faiz azdır.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2023-cü ilin birinci rübündə qonşu ölkəyə birbaşa xarici investisiya 566,4 milyon dollar, 2022-ci ildə isə 577,9 milyon dollar təşkil edib.

Hesabat dövründə Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkə 42 milyon dollarla Türkiyə olub. Bu da əvvəlki illə müqayisədə 30 milyon dollar azdır. Qeyd olunan dövrdə ABŞ 34 milyon dollar (22 milyon dollar az), Niderland 32 milyon dollar (233 milyon dollar az), Yaponiya 19 milyon dollar (44 milyon dollar az), Çin 14 milyon dollar (6 milyon dollar az) investisiya yatırıb.

Son xəbərlər
Digər xəbərlər