Bu ilin III rübündə Gürcüstana 417,3 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiyalar yatırılıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İllik müqayisdə qonşu ölkə iqtisadiyyatına qoyulan xarici sərmayələrin həcmi 13,7% artıb.
İyul-sentyabr aylarında Gürcüstanın ən böyük investorlarının ilk üçlüyündə Böyük Britaniya (78,4 milyon dollar), Niderland (68,3 milyon dollar) və Türkiyə (43,1 milyon dollar) yer alıb.
Hesabat dövründə qonşu ölkədə ən çox investisiya maliyyə sektoru (96 milyon dollar), emal sənayesi (49,3 milyon dollar), hotel və restoranlar (45,7 milyon dollar), tikinti (43,4 milyon dollar), energetika (39,7 mln. dollar), daşınmaz əmlak (30,1 milyon dollar) sahələrinə yönəldilib.
©Report