5 C
Baku
Friday, February 23, 2024

Gürcüstan iqtisadiyyatına yatırılan xarici sərmayələrin həcmi azalıb

Cari ilin üçüncü rübündə Gürcüstan iqtisadiyyatına yönəlmiş xarici sərmayələrin həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 50 faizə qədər azalıb.

Banker.az bildirir ki, bəzi iqtisadçı ekspertlər bunu ölkədə yaranmış siyasi böhran, xarici iş adamlarına göstərilən təzyiqlərlə əlaqəli olduğunu iddia edirlər.

Gürcüstanın Baş naziri Mamuka Baxtadze də məsələyə aydınlıq gətirib. Hökumət başçısı deyib: “Bu məsələdə çox incə və sadə hüquqi məqam var. Sadəcə olaraq ölkədəki iri xarici təşkilatlardan biri Gürcüstanın rezidentinə çevrilib. Bu şirkətin xətti ilə Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar da kredit kimi qeydə alınıb”.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, 2018-ci ilin üçüncü rübündə ölkə iqtisadiyyatına 322,6 milyon dollar sərmayə yatırılıb. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 48,2 faiz azdır.

©AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər