Gürcüstan iqtisadiyyatında 5% geriləmə gözlənilir

Gürcüstanın 2020-ci il üzrə iqtisadi inkişaf proqnozu qlobal pandemiyaya görə yenilənib.

Bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, cari ildə ölkə iqtisadiyyatında öncə proqnozlaşdırıldığı kimi 4% deyil, 5% azalma gözlənilir.

Bank rəhbəri qeyd edib ki, bu ilin birinci yarısında Gürcüstan iqtisadiyyatında illik müqayisədə 5,8% geriləmə qeydə alınıb.

MənbəReport.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər