12 C
Baku
Thursday, November 14, 2024

Gürcüstan kriptovalyutaların tənzimlənməsi üçün hüquqi bazanı təsdiqləyib

Gürcüstan hökuməti rəqəmsal biznes və kriptovalyuta ticarəti sferasını tənzimləyən maliyyə sektoru üçün yenilənmiş qanunvericilik bazasını təsdiqləyib.

Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, baş nazirin müavini Levan Davitaşvili deyib.

Onun sözlərinə görə, qanun layihələri artıq parlamentə göndərilib, dəyişikliklərin payız sessiyasında qəbul edilməsi planlaşdırılır.

Nazir izah edib ki, onlar milli qanunvericiliyin Avropa İttifaqının üç mühüm direktivi – Vergi Xidmətləri Direktivi (PSD2), Kapital Tələbləri Direktivi (CRD) və Virtual Aktiv Xidmət Provayderi Direktivi (VASP) ilə uzlaşdırılmasını təmin edir.

Sonuncu rəqəmsal aktivlərin ticarəti ilə məşğul olan şəxslərə hüquqi statusun verilməsini, habelə onların öhdəlik və hüquqlarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bu, kriptovalyutaların çirkli pulların yuyulması və ya terrorizmin maliyyələşdirilməsi üçün istifadəsini aradan qaldıracaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər