17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Gürcüstan Mərkəzi Bankı kiçik və orta sahibkarlığa dəstək üçün yeni alət işə salıb

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci il 1 iyun tarixində Gürcüstan Milli Bankı ölkədə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini dəstəkləmək üçün likvidliyin idarə edilməsi alətini istifadəyə verib.

Banker.az bu barədə xarici Kİv-ə istinadən xəbər verir.

Alət iki komponentdən ibarətdir:

Birincisi, kredit portfelində girov müqabilində Milli Bankdan likvidlik dəstəyi almaq imkanı əldə edəcək kommersiya bankları üçün nəzərdə tutulmuşdur;

İkincisi, Milli Bankın dəstəyi ilə kommersiya banklarından kredit resurslarını cəlb edə biləcək mikromaliyyə təşkilatları üçün nəzərdə tutulmuşdur;

Yeni mexanizm likvidlik riskinin azaldılmasını və borclulara maliyyə mənbələrinin fasiləsiz verilməsini təmin edəcəkdir. Milli Bank bunun Gürcüstan iqtisadiyyatının sürətli şəkildə bərpa olunmasına və ölkənin iqtisadi artımının böhrandan əvvəlki trayektoriyasına qayıtmasına kömək edəcəyini qeyd edir.

Milli Bank iqtisadi fəaliyyətin tədricən yaxşılaşması ilə gələcəkdə likvidlik risklərinin qarşısını almaq üçün əlavə tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

“Gürcüstandakı banklar kiçik və orta sahibkarlığa kredit verməkdən ehtiyat edirlər, çünki bazarda qeyri-müəyyənlik və risklər get-gedə artır. Belə vəziyyətdə kreditləşməni və nəticədə işgüzar fəaliyyəti qorumaq üçün bir sıra vergi güzəştləri və dövlət zəmanətləri tətbiq ediləcəkdir. Milli Bank maliyyə sisteminin likvidliyini qorumaq üçün bu prosesin davamlılığını təmin edəcək, çünki mərkəzi bankların funksiyası biznesə kredit vermək prosesini davam etdirmək üçün bazarda kifayət qədər likvidlik səviyyəsini qorumaqdır. Buna nail olmağın bir yolu likvid olmayan aktivlərin girovu müqabilində likvidliyin təmin edilməsidir”, – deyə Gürcüstan Milli Bankı qeyd edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər