25 C
Baku
Sunday, October 6, 2024

Gürcüstan marixuanadan istifadəni qanuniləşdirdi

Gürcüstan Konstitusiya məhkəməsi marixuanadan istifadə üçün nəzərdə tutulmuş cəzanı ləğv edib. Bu maddəni az miqdarda becərməyə isə bir qədər əvvəl icazə verilmişdi. Bu barədə Banker.az ölkənin KİV-nə istinadın xəbər verir.

Məhkəmə qeyd edib ki, marixuana istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmaq Konstitusiyaya ziddir. Belə ki, ölkə Konstitusiyasına görə “hər kəs sərbəst şəkildə öz şəxsiyyətini inkişaf etdirmək hüququna sahibdir”.  

Məsələnin müzakirə edilməsinin təşəbbüskarı isə müxalif “Girçi” partiyasının nümayəndəsi Givi Şanidzedir. “Bu gün biz daha çox azadlıq əldə etdik! Bu gündən etibarən marixuana istifadə etmək artıq cinayət deyil! Təbrik edirəm!” – deyə onun partiya yoldaşı Nika Kavtaradze Facebook hesabında yazıb.

 

Son xəbərlər
Digər xəbərlər