Gürcüstan Milli Bankının müdaxiləsindən sonra lari dollara qarşı möhkəmlənib.
Bu gün saat 17:00-da Milli Bankın avqustun 2-nə müəyyən etdiyi rəsmi məzənnəyə görə, 1 dollar 2,9296 lariyə bərabər olub.
Gürcüstanın milli valyutası avro qarşısında da möhkəmlənib. Rəsmi məzənnəyə görə avqustun 2-də 1 avro 3,2328 lariyə bərabər olacaq.
Bu gün isə dollar və avro ilə əməliyyatlarda rəsmi məzənnə müvafiq olaraq 2,9718 və 3,3127 lariyə rəsmi məzənnəsi ilə həyata keçirilib.
Qeyd edək ki, bu gün Gürcüstan Milli Bankı larinin sürətlə dəyər itirməsinin qarşısını almaq məqsədi ilə 40 mln. ABŞ dollarını hərraca çıxarıb və gün ərzində 32,8 mln. dollar satmağa müvəffəq olub.
APA