12 C
Baku
Saturday, November 23, 2024

Gürcüstan Milli Bankı ilk dəfə beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib

Gürcüstan tarixində ilk dəfə olaraq ölkənin Milli Bankı beynəlxalq ehtiyatlarına monetar qızıl əlavə edib.

Bu barədə tənzimləyici qurum məlumat yayıb.

Milli Bank London əmtəə birjasından 500 milyon ABŞ dolların dəyərində ən yüksək əyarlı (999.9) 7 ton qızıl külçə alıb. Beləliklə, monetar qızıl bütün beynəlxalq ehtiyatların təxminən 11%-ni təşkil edir.

Hazırda külçələr Londonda saxlanılır, amma gələcəkdə ölkəyə – Milli Bankın anbarına gətiriləcək.

“Ötən il Milli Bank valyuta bazarından rekord məbləğdə – 1.5 milyard ABŞ dolları alıb ki, bu da ehtiyatların əhəmiyyətli dərəcədə artmasına səbəb olub və onların bir qismini monetar qızıldakı aktivlərlə əvəzləmək imkanı verib”, – deyə Milli Bankın açıqlamasında qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər