17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Gürcüstan Milli Bankı: Turizm bərpa olunmasa, iqtisadi artım 1% olacaq

Screen Shot 2021 09 02 at 14.34.20

“Nikbin proqnozlara əsasən, 2021-ci ildə Gürcüstan iqtisadiyyatı 4% arta bilər”.

Bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.

Onun sözlərinə görə, bədbin proqnoza əsasən isə iqtisadi artım 1% təşkil edə bilər.

Bank rəhbəri qeyd edib ki, epidemioloji vəziyyət yaxşılaşsa və ilin ikinci yarısında turizm sektoru bərpa olunsa, cari ildə iqtisadiyyatın dirçəlməsi gözləniləndir: “Pandemiya zamanı məhdudiyyətlərin davam etdirilməsi iqtisadiyyata zərər vurur və bərpa prosesini ləngidir. Koronavirusla bağlı vəziyyətin pisləşəcəyi və turizmin bərpa olunmayacağı halda Gürcüstanda iqtisadi artım təxminən 1%-ə bərabər olacaq”.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər