Gürcüstan Milli Bankı uçot dərəcəsini artırıb

0

Gürcüstan Milli Bankı uçot dərəcəsini 1% artıraraq 8,5%-ə çatdırıb.

Report agentliyinin yerli bürosu xəbər verir ki, bu barədə bankın Monetar siyasət departamenti qərar qəbul edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu ilin sentyabrından etibarən Milli Bank inflyasiyanın təsirinin neytrallaşdırılması üzrə siyasətini sərtləşdirməyə başlayıb. Sərtləşdirmə mübadilə məzənnəsinə təsirlər aradan qaldırılana qədər davam etdiriləcək.

Bank cari iqtisadi və maliyyə bazarlarında prosesləri müşahidə etməyi davam etdirəcək və qiymətlərin sabitliyini təmin etmək üçün bütün mümkün alətlərdən istifadə edəcək.

Monetar siyasət departamentinin növbəti toplantısı dekabrın 11-də keçiriləcək.

Qeyd edək ki, qonşu ölkənin Milli Bankı uçot dərəcəsini sentyabrın 4-də 0,5% artıraraq 7%-ə, sentyabrın 25-də isə yenidən 0,5% artıraraq 7,5%-ə çatdırıb.