21 C
Baku
Wednesday, June 7, 2023

Gürcüstan Milli Bankı uçot dərəcəsini yenidən artırıb

Kredit üçün müraciət et

Müraciət et, bütün banklardan təklif al

Gürcüstan Milli Bankı uçot dərəcəsini 0,5% artıraraq 7,5%-ə çatdırıb.

Report agentliyinin Gürcüstan bürosu xəbər verir ki, bu barədə bankın Monetar siyasət departamenti qərar qəbul edib.

Milli Bank cari iqtisadi prosesləri, maliyyə bazarlarına nəzarəti davam etdirəcəyini və qiymətlərin sabitlyinin təmin olunması üçün səlahiyyətində olan alətlərdən istifadə edəcəyini bildirib.

Monetar siyasət departamentinin növbəti toplantısı oktyabrın 23-nə təyin olunub. 

Qeyd edək ki, qonşu ölkənin Milli Bankı uçot dərəcəsini sentyabrın 4-də 0,5% artıraraq 7%-ə çatdırıb.

Son xəbərlər
Digər xəbərlər
X