10 C
Baku
Tuesday, November 26, 2024

Gürcüstan Milli Bankının keçmiş prezidenti: “Azərbaycan manatı kimə lazımdır axı?”

Azərbaycanda manatın devalvasiyası və hazırda hökm sürən dollar qıtlığı qonşu Gürcüstanda da panika yaradıb.

Gürcü KİV-lərinə istinadən xəbər verilir ki, bəzi iqtisadçılar Gürcüstandan dolların Azərbaycana daşına biləcəyinə dair narahatlıq ifadə edirlər.

İqtisadçı Emzar Djeqreniya hesab edir ki, fövqəladə situasiya yaranıb və əgər Azərbaycanda dollar qıtlığı ilə bağlı panika artsa bu, hökmən Gürcüstana da zərər vuracaq.

“Azərbaycan biznesi Gürcüstandan dollar almağa çalışacaq, bu də təbii olaraq valyutaya tələbatı artıracaq və larinin kursuna təzyiqi artıracaq. Nəticədə milli valyutanın ucuzlaşması yenidən bərpa olacaq”-ekspert deyib.

Gürcüstan Milli Bankının keçmiş prezidenti Roman Qotsiridze isə hesab edir ki, ekspertin bəhs etdiyi təhdid tamamilə absurddur. “Bu gün Gürcüstanda Azərbaycan manatı kimə və nəyə lazımdır? Kim razılaşar ki, dolları satıb manat alsın? Bu, tamamilə istisnadır. Hətta indi, hətta cüzi məbləğlərdə belə Gürcüstanın valyutadəyişmə məntəqələrndə heç kim manat qəbul etmir. Xüsusən də elə situasiyada ki, heç kim bilmir sonra nə olacaq və Azərbaycan milli valyutasının devalvasiyası nə qədər davam edəcək”-keçmiş baş bankir deyib.

Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər