30 C
Baku
Tuesday, June 28, 2022

Gürcüstan nümayəndə heyəti Şuşaya səfər edəcək

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və sosial şəbəkə fenomenlərinin Azərbaycana səfəri başlayıb.

Səfər Azərbaycan Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Aprelin 17-dək davam edəcək səfər çərçivəsində Gürcüstan nümayəndə üçün heyəti paytaxt Bakı şəhərində tur təşkil olunacaq və bir sıra görüşlər keçiriləcək.

Nümayəndə heyəti həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Türk Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşa şəhərinə səfər edəcəklər.

Qeyd olunan səfərlə bağlı səfirlik tərəfindən mütəmadi olaraq məlumat veriləcək.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər