Gürcüstan ölkə iqtisadiyyatına 2 mlrd. lari yardım ayırdı

Gürcüstan hökumətinin qərarı ilə ölkə iqtisadiyyatına 2 milyard lari (609 milyon ABŞ dolları) məbləğində birbaşa yardım ayrılıb.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, koronavirusla mübarizə üçün böhran büdcəsində 351 milyon lari (107 milyon ABŞ dolları) nəzərdə tutulub.

©Report