“Gürcüstan vətəndaşlarının ölkə ərazisinə daxil olması üçün təhlükəsizlik qaydaları sadələşdirilib”.
Bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
Nazirin sözlərinə görə, ölkə vətəndaşları Gürcüstana daxil olarkən “PCR” testin mənfi nəticəsini təqdim etməlidirlər: “Onlar 8 günlük məcburi özünütəcrid rejimi əvəzinə üç gündən sonra öz hesablarına təkrar testdən keçməli olacaqlar”.
N.Turnava qeyd edib ki, arayış təqdim etməyən Gürcüstan vətəndaşları 12 gün əvəzinə 8 gün müddətinə özlərini təcrid etməli olacaqlar.