Gürcüstan ötən il Azərbaycandan 84.6 min ton yanacaq idxal edib.
Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycan 2023-cü ildə Gürcüstanın ümumi yanacaq tələbatının 7%-ni təmin edib.
Hesabat dövründə Gürcüstanın əsas yanacaq tədarükçüsü Rusiya olub – 736.1 min ton. Bu ölkənin ümumi yanacaq idxalının 60.9%-ni təşkil edib.
Ötən il Gürcüstanın ikinci və üçüncü əsas yanacaq tədarükçüsü isə Rumıniya (180,6 min ton) və Bolqarıstan (107.2 min ton) olub.
2023-cü ildə Gürcüstan 1208.9 min ton yanacaq idxal edib ki, bu da bir il əvvələ nisbətdə 58.6 min ton və ya 5.1% çoxdur. İdxal edilən yanacağın 614.3 min tonu benzin, 594.6 min tonu isə dizel olub.