13 C
Baku
Tuesday, May 7, 2024

Gürcüstan parlamenti prezident Zurabişvilinin impiçmentinə nail ola bilməyib

Gürcüstan parlamenti ölkə prezidenti Salome Zurabişviliyə impiçment elan etmək üçün kifayət qədər səs toplaya bilməyib, 100-dən az deputat onun vəzifəsindən kənarlaşdırılmasına səs verib. İclas parlamentin saytında yayımlanıb.

Zurabişvilinin impiçmentini 86 deputat dəstəkləyib, bir parlamentari qərarın əleyhinə çıxıb. Xatırladaq ki, qərarın təsdiqi üçün 150 səsdən ən azı 100 səs tələb olunur.

Oktyabrın 16-da Gürcüstanın Konstitusiya Məhkəməsihakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təklifi ilə Zurabişvilini ölkənin əsas qanunlarını pozmuş hesab edib. Məhkəmənin qənaətinə görə, Gürcüstan prezidenti hökumətin razılığı olmadan 31 avqust, 1 və 6 sentyabr 2023-cü il tarixlərində xarici işgüzar səfərlər edib. Konstitusiya Məhkəməsinin qərarı ilə prezidentə qarşı impiçment proseduru başlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər