13 C
Baku
Friday, November 22, 2024

Gürcüstan parlamenti Prezidentin vetosunu ləğv edəcək

Gürcüstan parlamenti ABŞ-nin planlaşdırdığı sanksiyalara baxmayaraq, Prezidentin vetosunu ləğv edəcək.

Bu barədə Tbilisi meri və hakim “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bildirib.

“Strateji partnyorumuzun – ABŞ-nin sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”, – K. Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında son zamanlar yaranmış münasibətlərin yenidən qurulmasına ehtiyac var.

Son xəbərlər
Digər xəbərlər