1 C
Baku
Sunday, February 25, 2024

Gürcüstan parlamentində 2019-cu ilin dövlət büdcəsi ilə bağlı səsvermə baş tutmayıb

Dekabrın 12-də Gürcüstan parlamentində deputatlar arasında iki dəfə qalmaqal yaşanıb.

Banker.az bildirir ki, cari məsələlərin müzakirəsi zamanı Milli Hərəkat Partiyasının üzvü Nika Melianın noyabrın 28-də keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatı Vətənpərvərlər Alyansı Partiyasının deputatlarını qıcıqlandırıb.

Reqlamentə uyğun olaraq sonra Vətənpərvərlər Alyansı Partiyasının üzvü İrma İnaşvili çıxış edib. N.Melia onun sözünü bir neçə dəfə kəsib. İ.İnaşvili deputatı sakitləşməyə çağırsa da, bu çağırışlar əbəs olub və deputatlar arasında mübahisə əlbəyaxa davaya çevrilib. Bundan sonra iclas zalında vəziyyət gərginləşib. Gürcü Arzusu, Milli Hərəkat və Vətənpərvərlər Alyansı partiyalarının deputatları arasında qarşıdurma baş verib.

Parlamentin sədri İrakli Kobaxidze vəziyyəti sabitləşdirmək üçün texniki fasilə elan edib.

Fasilədən sonra deputatların bəziləri iclas zalına qayıtmayıb və nəticədə 2019-cu ilin dövlət büdcəsinin layihəsi ilə bağlı səsvermə baş tutmayıb.

Spiker İrakli Kobaxidze bildirib ki, iclasda 69 deputat iştirak edib və buna görə də səsvermə baş tutmayıb. Səsvermənin baş tutması üçün ən azı 79 deputatın iştirakı tələb olunur.

Qanunverici orqanda gələn ilin dövlət büdcəsi ilə bağlı səsvermə sabah keçiriləcək.

©AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər