17 C
Baku
Friday, October 18, 2024

Gürcüstan parlamentinin sədri Ukraynaya gedəcək

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukraynaya səfər edəcək.

O, bu barədə feysbuk səhifəsində yazıb.

Spiker bildirib ki, ukraynalı həmkarı Ruslan Stefançukla əlaqə saxlayıb və Ukraynaya səfər etməyə hazırlığını təsdiqləyib.

Səfərin detalları müzakirə olunacaq.

Ş.Papuaşvili qeyd edib ki, Ukrayna və ukraynalılara dəstək Gürcüstanın mənəvi və tarixi borcudur: “Biz bu borcumuzu şərəflə yerinə yetirəcəyik”.

Xatırladaq ki, Ukrayna Ali Radasının sədri R.Stefançuk ötən həftə gürcü həmkarını Buçaya səfər etməyə dəvət edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər