23 C
Baku
Saturday, April 20, 2024

Gürcüstan patriarxlığı marixuananın becərilməsinə və istehsalına etiraz edir

Gürcüstan Pravoslav kilsəsi, onun rəhbərliyi, yepiskoplar, digər dindar şəxslər və xalq hökumətin marixuananın tibbi və kosmetik məqsədlər üçün istehsalı ilə bağlı hazırladığı qanun layihəsinə qarşı eyni fikirdədir.

Bu sözlər Gürcüstan Pravoslav kilsəsinin sentyabrın 18-də yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda deyilir ki, kilsə marixuananın bütün növlərinin yetişdirilməsinə və istənilən məqsədlər üçün istifadəsinə qarşıdır: “Bəzi sosial şəbəkələrdə guya tək-tək din xadimlərinin bu qanuna qarşı olması barədə fikirlərin də heç bir əsası yoxdur. Pravoslav kilsə, eləcə də, başda patriarxlıq olmaqla, bütün yepiskoplar, dindarlar marixuananın bütün növlərinin istehsalına və istifadəsinə etiraz edir”.

“Marixuananın hər hansı bir növünün istənilən məqsədlərlə əkilməsi, becərilməsi və istehsalı bütövlükdə əhali üçün çox ağır nəticələrə səbəb olacaq”, – deyə bəyanatda vurğulanır.

– AzərTac

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər