Gürcüstan Polşadan idxal etdiyi 52 ton dondurulmuş toyuq ətini məhv edib.
Bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilir ki, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən Polşa Respublikasından gətirilən dondurulmuş toyuq ətinin gömrük keçid məntəqəsində laboratoriya müayinəsi aparılıb. Nəticədə məhsulda normalara uyğunsuzluq faktı aşkar olunub.
Gürcüstan hökumətinin “Baytarlıq sərhəd-karantin nəzarətinin həyata keçirilməsi Qaydaları” adlı qərarının 16-cı maddəsinə uyğun olaraq qeyd olunan mallar məhv edilib.
İqtisadçı ekspertlər bildirirlər ki, bu, birinci hal deyil. Gürcüstan hökumətinin müvafiq qurumları bundan əvvəl də Polşadan və digər ölkələrdən gətirilən ərzaq, ət və ət məhsullarını geri qaytarıb və ya məhv edib.
Bu günlərdə Ermənistandan gətirilən külli miqdarda qırmızı balıq ikrası da sərhəddən geri qaytarılıb.
Buna həmin məhsullarda insan orqanizmi üçün zərərli maddələrin aşkar edilməsi səbəb olub.