10 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan Prezident Fondunu ləğv etdi

Gürcüstan Prezident Administrasiyasının maliyyələşməsi 2019-cu ildə 1,4 milyon dollar azaldılacaq.

Qeyd olunur ki, bu barədə məlumat gələn il üçün nəzərdə tutulan büdcə layihəsində yer alıb. Yeni büdcə layihəsinə əsasən, Prezident Fondu ümumiyyətlə ləğv ediləcək.

Prezident Administrasiyasının maliyyələşməsinin azalması ilə bərabər onun əməkdaşlarının sayı da 140-dan 60-a endiriləcək.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin II turunda müstəqil namizəd Salome Zurabişvili qalib gəlib. Xanım S.Zurabişvili 59,52 faiz səs toplayıb. Onun rəqibi-müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb.

Son xəbərlər
Digər xəbərlər