12 C
Baku
Wednesday, December 11, 2024

Gürcüstan prezidenti: “Bölgənin dinc Qafqaza ehtiyacı var”

“Bizim bölgənin və dünyanın dinc, sabit və demokratik Qafqaza ehtiyacı var”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdə deyib.

Onun sözlərinə görə, dövlət katibinin bölgədəki yeni vəziyyət fonunda Gürcüstana səfərinin əhəmiyyəti artıb: “Sülh və siyasi-iqtisadi inkişaf bizim ümumi maraqlarımıza cavab verir. Gürcüstan bu maraqların qorunması üçün ABŞ-ın layiqli və etibarlı tərəfdaşı olaraq qalır”.

S.Zurabişvili Gürcüstanın ərazi bütövlüyünə dəstəyə görə M.Pompeoya təşəkkür edib. O, Gürcüstan və ABŞ arasında mövcud əməkdaşlığın yeni səviyyəyə yüksələcəyinə ümidvarlıq ifadə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər