14 C
Baku
Cümə, Oktyabr 22, 2021

Gürcüstan Prezidenti Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı narahatlığını ifadə edib

faizlere

Gürcüstan Prezidenti Salome Zurabişvili iyulun 12-13-də Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

Bu barədə Gürcüstanın prezident Administrasiyasının bəyanatında bildirilib.

“Bu gün biz hamımız görünməz düşmənə qarşı vuruşarkən beynəlxalq həmrəylik və qlobal stabilliyin saxlanılması olduqca önəmlidir. Regionumuzda sülh və təhlükəsizlik Gürcüstanın gələcək inkişafı baxımından, həmçinin bizim dost və tərəfdaş ölkələrimiz – Ermənistan və Azərbaycan üçün vacibdir”, – deyə S.Zurabişvilinin bəyanatında bildirilib.

Gürcüstan Prezidenti lazımı tədbirlərin vaxtında görüləcəyinə və vəziyyətin daha da gərginləşməsinin qarşısının dinc danışıqlar yolu ilə alınacağına ümid etdiyini vurğulayıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər