Gürcüstan prezidenti Qaribaşvilini baş nazir təyin etdi

Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Qaribaşvilinin baş nazir təyinat olunması haqqında sərəncam imzalayıb.

Bu barədə Gürcüstan mediası xəbər verir.

“Gürcüstan Konstitusiyasının 56-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq, İrakli Qaribaşvili Gürcüstanın Baş naziri təyin edilsin”, – deyə sərəncamda bildirilir.

Vaxtanq Qomelauri Gürcüstanın daxili işlər naziri, Mixail Çxenkeli təhsil, elm, mədəniyyət və idman naziri, Yekaterina Tikaradze Səhiyyə Nazirliyinin rəhbəri, Vano Maçavariani maliyyə naziri, David Zalkaliani Xarici İşlər Nazirliyinin başçısı, Qoça Lortkipanidze ədliyyə naziri, Levan Davitaşvili ətraf mühit və təbii resurslar naziri, Natiya Turnava iqtisadiyyat və davamlı inkişaf naziri olub.

Daha əvvəl Gürcüstan parlamenti yeni hökuməti təsdiqləyib. Belə ki, 89 deputat yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.