Gürcüstan Prezidenti Salome Zurabişvili Mixeil Saakaşvilini əfv etməyəcəyini bildirib.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Prezidentin fikrincə, Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçmiş prezident Mixeil Saakaşvilinin saxlanıldığını bildirib.