Gürcüstan PUA istehsalına gələn ildən başlayacaq

Gürcüstan gələn ildən etibarən beynəlxalq tərəfdaşlarla birgə pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır”. Bunu ölkənin baş naziri İrakli Qaribaşvili deyib.

O, PUA-ların Müdafiə Nazirliyinin nəzdindəki “Delta” hərbi elmi-texniki mərkəzində yığılacağını bildirib.

Hökumət başçısı həmçinin qeyd edib ki, yaxın gələcəkdə mərkəzdə İsrail şirkəti ilə birgə M4 tipli avtomatların istehsalına başlanılacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.